Public offer

İCTİMAİ TƏKLİF (OFFER)

Bundan sonra “Satıcı” adlandırılacaq, www.smartwatch.az domenində yerləşən «Smart Watch Azerbaijan» internet-mağazası malların distans üsulla satışı ilə əlaqəli ictimai təklif verir.  

 

1.      TERMİNLƏRİN MÜƏYYƏN EDİLMƏSİ

1.1.        İctimai təklif (offer) – bu Təklifdə göstərilmiş şərtlərlə Satıcı ilə Malların alqı-satqı müqaviləsinin (bundan sonra “Müqavilə”) bağlanmasına dair Satıcının qeyri-müəyyən dairələrə ünvanladığı ictimai təklifidir. 

1.2. Malın sifariş edilməsi – veb saytda satışa təqdim olunan Malların Alıcının tərəfindən seçilməsi və həmin sorğunun internet-mağaza və ya operator vasitəsilə təsdiqlənməsidir.

1.3. «Wonlex Azerbaijan» – distans üsulla malları satan internet-mağazadır, müvafiq qaydada Satıcıya məxsus olan www.smartwatch.az domenində qeydiyyatdan keçmişdir. Satıcı öz fəaliyyətini internet-resurs vasitəsi və aidiyyəti servislərlə həyata keçirir.  

1.4. Alıcı – şəxsi, ailə, ev və s. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan tələbatları üçün malları sifariş edən, almaq istəyən və alan vətəndaşdır. 

1.5. Distans üsulla malların satışı – Alıcı Satıcının veb saytında, kataloqlarında, reklam prospektlərində, fotoşəkillərdə və digər vasitələrdə təkilf etdiyi malların özü və izahı ilə tanış oduqdan sonra Tərəflər arasında bağlanan alqı-satqı müqaviləsi ilə malların pərakəndə satışıdır.

1.6. Mallar – Satıcının internet-mağazasında sərgilənilən Wonlex markalı GPS saatlar, ağıllı saatlar, və s. məhsullardır. Malların istifadə sahəsi – xüsusi qayğıya və mühafizəyə ehtiyyacları olan, fiziki və/və ya mənəvi bağlarımız olan varlıqlarımızla (uşaqlarımız, yaşlı valideyinlərimiz, ev heyvanlarımız və s.) ünsiyyəti, əlaqəni asanlaşdırmaq, qayğını artırmaqdır.

2.  ÜMUMİ MÜDDƏALAR

2.1. Saytda yerləşdirilmiş Malların sifarişi ilə Alıcı bu Təklifin bütün şərtləri ilə razı olduğunu təsdiqləyir.  

2.2. İnternet-mağazanın rəhbərliyi Alıcını əvvəldən xəbərdar etmədən Təklifə dəyişikliklər edə bilər.   

2.3. Əgər İnternet-mağazanın saytında xüsusi qeyd edilməmişdirsə, Təklifin qüvvədə olması müddətsizdir.  

2.4. İnternet-mağazanın saytında Satıcı Alıcıya Mallar haqqında, həmçinin malın əsas istehlak xüsusiyyətləri, zəmanət və istifadə qaydaları haqqında tam və düzgün məlumatı təqdim edir.  

3.  MALIN QİYMƏTİ

3.1. Hər malın qiyməti İnternet-mağazanın saytında göstərilmişdir.  

3.2. Satıcı birtərəfli şəkildə istənilən malın qiymətində dəyişiklik etmək hüququna malikdir.  

3.3. Sifariş edilmiş Malın qiymətinin dəyişdiyi halda Satıcı 2 (iki) gün ərzində Alıcıya malın qiymətinin dəyişməsi haqqında məlumat verməlidir. 

3.4. Sifariş qəbul edildikdən sonra Satıcı malın qiymətində dəyişiklik etdiyi halda Alıcı həmin sifarişi təsdiq etmək və ya ləğv etmək hüququna malikdir.  

3.5. Alıcı tərəfindən dəyəri ödənilmiş malın Satıcı tərəfindən qiymətinin dəyişdirilməsinə yol verilmir.   

3.6. Malın çatdırılma qiyməti Satıcı tərəfindən İnternet-mağazanın saytında yerləşdirilir və ya sifarişin qəbulu zamanı operator tərəfindən bildirilir.  

3.7. Satıcıya pul vəsaitinin daxil olması anı Alıcının malın qiymətinin ödənilməsi üzrə öhdəliyinin yerinə yetirilməsi hesab olunur.  

3.8. Satıcı və Alıcı arasında hesablaşmalar İnternet-mağazanın saytındakı Çatdırılma bölməsində göstərilmiş üsullarla həyata keçir.

 

4. SİFARİŞİN QƏBULU

 

4.1. Alıcı malın sifarişini +994517776679 nömrəli telefonla operator ilə, və ya info@smartwatch.az elektron poçtun ünvanı vasitəsilə həyata keçirir.    

4.2. İnternet-mağazanın saytında qeydiyyat keçərkən Alıcı aşağıdakı məlumatları yerləşdirməyə borcludur:   

4.2.1. Alıcının və ya alıcının göstərdiyi digər şəxsin (malı təhvil alanın) soyadı, adı, atasının adı;

4.2.2. Malın çatdırılacağı ünvan;  

4.2.3. Elektron poçtun ünvanı;

4.2.4. Əlaqə telefonu.

4.3. Alıcının seçdiyi məhsulun adı, miqdarı, çeşidi, qiyməti İnternet-mağazanın saytındakı Alıcının səbətində göstərilir.   

4.4. Satıcıya əlavə məlumat ehtiyyac olduqda, Alıcıya müraciət etmək hüququna malikdir. Alıcının tələb olunan məlumatı təqdim etmədiyi halda, Satıcı sifariş edilmiş Mal üzrə məsuliyyət daşımır.    

4.5. Operator vasitəsilə sifariş edərkən Alıcı bu Təklifin 4.2. bəndində göstərilmiş məlumatı təqdim etməyə borcludur.  

4.6. Alıcı müvafiq məlumatı İnternet-mağazanın saytındakı qeydiyyat formasında göstərməklə və ya sifarişi operator vasitəsilə etməklə bu Offerin şərtlərini qəbul etmiş hesab olunur. Operator ilə sifarişdən sonra Alıcının informasiyası Satıcının verilənlər bazasında qeydə alınır. Seçilmiş malı təsdiq etməklə Alıcı bu Offerin 4.2. bəndində göstərilmiş məlumatı operatora təqdim edir.    

4.7. Sifariş zamanı Alıcının təqdim etdiyi məlumatın məzmununa və düzgünlüyünə Satıcı məsuliyyət daşımır.  

4.8. Sifariş zamanı Alıcı təqdim etdiyi məlumatın məzmununa və düzgünlüyünə məsuliyyət daşıyır.   

4.9. Malın qiymətinin ödənilməsini təsdiqləyən Alıcıya Satıcı tərəfindən kassa orderinin verilməsi anından alqı-satqı müqaviləsi bağlanmış hesab edilir.  

5.    MALIN ALICIYA ÇATDIRILMASI VƏ TƏHVİL VERİLMƏSİ  

5.1.  Satici Bakı şəhəri üzrə Alıcıya malı göstərilən ünvana pulsuz çatdırır. Digər şəhərlərə çatdırılma Satıcı tərəfindən poçtla və ya digər çatdırılma üsulu ilə Alıcının istəyi ilə Alıcının vəsaiti hesabına yerinə yetirilir

5.2. Alıcıya Malın təhvil verilmə müddəti sifarişin işlənməsi müddətindən və çatdırılması müddətlərindən ibarətdir. 

5.2.1. Sifarişin işlənməsi müddəti istirahət və bayram günlərini saymadan 1 (bir) iş günü təşkil edir.

5.2.2. Çatdırılma müddəti Malın çatdırılma üsulundan asılıdır və istirahət və bayram günlərini saymadan 3 (üç) iş günü təşkil edir.

5.3. Malın catdırılma yerini Alıcı malı sifariş edərkən göstərir.  

5.4. Çatdırılmış mal Alıcıya təhvil verilir, Alıcı olmadıqda, - Müqavilənin bağlandığını və ya malın sifariş edildiyini təsdiq edən sənədi təqdim etmiş istənilən şəxsə verilir.  

5.5. Malın Alıcıya təhvil verilməsi anında Müqavilənin Əlavəsində nəzərdə tutulmuş məlumatları yazılı şəkildə Alıcıya təqdim edilir.  

5.6. Mal haqqında məlumat Alıcıya mala əlavə edilən texniki sənədlərlə, etiketlərdə, nişanlama və ayrı-ayrı mallar üçün nəzərdə tutulmuş digər üsullarla verilir.

 

6. MƏSULİYYƏTDƏN İMTİNA

 

6.1. İnternet-mağazada sərgilənilən Wonlex markalı GPS saatlar, ağıllı saatlar, və s. məhsulların istifadə sahəsi – xüsusi qayğıya və mühafizəyə ehtiyyacları olan, fiziki və/və ya mənəvi bağlarımız olan varlıqlarımızla (uşaqlarımız, yaşlı valideyinlərimiz, ev heyvanlarımız və s.) ünsiyyəti, əlaqəni asanlaşdırmaq, qayğını artırmaqdır. Malların istifadəsi heç bir halda üçüncü şəxslərin şəxsi həyat hüquqlarını, şəxsi məlumatların məxfiliyini və s. haqlarını pozmamalıdır. Təyinata zidd istifadə nəticəsində dəymiş ziyana və pozulmuş hüquqlara görə Satıcı məsuliyyət daşımır.

6.2. Satıcı Mallara 1 il müddətdə zəmanət verir. Zəmanət yalnız mala aiddir. Malın zəmanət müddəti ərzində sıradan çıxması, xarab olması nəticəsində dəymiş ziyana (məlumatların silinməsi, maliyyə itkiləri, işgüzar aktivliyin ləngiməsi, batareyanın zədələnməsi və s. itkilər) görə Satıcı məsuliyyət daşımır.

Xahiş edirik Təklifin mətni ilə diqqətlə tanış olasınız. Təklifin maddələri ilə razı olmadıqda Malı əldə etməkdən imtina edə bilərsiniz.